Operativ Məlumat Mərkəzi

Hakan Fidan Qətərə gedir - 13.08.2025

2 dəq
Paylaş:
Hakan Fidan Qətərə gedir - 13.08.2025

Türkiyənin naziri 13–14 avqust tarixlərində Qətərə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, Fidanın Qətərdə keçirəcəyi görüşlərdə Türkiyə ilə Qətər arasında hər sahədə inkişaf edən strateji tərəfdaşlıq və gələcək dövr üçün yeni mövzularının müzakirə olunması gözlənilir.

Bu il Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin sədrliyi ilə baş tutacaq Yüksək Strateji Komitənin 11-ci iclasına hazırlıqların da müzakirə olunacağı gözlənilir.

Görüşlərdə, əsasən Qəzza və Suriya olmaqla, regional məsələlər ətrafında məsləhətləşmələrin aparılması da nəzərdə tutulur.

Həmçinin Fələstinin tanınması ilə bağlı ictimaiyyət tərəfindən atılan son addımların dəyərləndirilməsi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax