Operativ Məlumat Mərkəzi

Gürcüstanın keçmiş Baş naziri Qaribaşvilinin mənzili müsadirə olunub

1 dəq
Paylaş:
Gürcüstanın keçmiş Baş naziri Qaribaşvilinin mənzili müsadirə olunub

Gürcüstanın keçmiş İrakli Qaribaşvilinin Tbilisidəki mənzili müsadirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TV Pirveli” kanalı məlumat yayıb.

Bildirilib ki, Qaribaşvili bir milyon lari məbləğində ödəmək əvəzinə əmlakından istifadə edib.

Onun vəkili informasiyanı telekanala təsdiqləyib.

Qeyd edək ki, Qaribaşvili külli miqdarda gəlir əldə etmək məqsədilə xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında olunur. Tbilisi Şəhər Məhkəməsi oktyabrın 24-də onun barəsində bir milyon lari məbləğində qətimkan tədbiri seçib. Girovun ödənilməsi üçün 30 günlük müddət müəyyən edilib.

Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax