Operativ Məlumat Mərkəzi

Gürcüstanda etirazlara görə 66 nəfər saxlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Gürcüstanda etirazlara görə 66 nəfər saxlanılıb - YENİLƏNİB

Gürcüstanda xarici haqqında qanuna olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb: “Onlardan bir neçəsi cərrahiyə əməliyyatı olunub”.

09:30 ***

Gürcüstan parlamentinin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polis etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.

Etirazçılara qarşı su və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.

Parlamentin binası daxilində də gərginlik yaşanıb. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər. Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.

Aksiya zamanı 50 nəfər saxlanılıb. Gürcüstan nazirliyi etirazçılarla yanaşı polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirib.

Xatırladaq ki, narazı kütlə parlamentdə “Xarici təsir agentləri” haqqında qanun layihəsinin müzakirəsinə etiraz edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax