Əsas məzmuna keç

Gürcüstanda etirazlara görə 66 nəfər saxlanılıb

Gürcüstanda etirazlara görə 66 nəfər saxlanılıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gürcüstanda xarici agentlər haqqında qanuna olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb: “Onlardan bir neçəsi cərrahiyə əməliyyatı olunub”.

09:30 ***

Gürcüstan parlamentinin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.

Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.

Parlamentin binası daxilində də gərginlik yaşanıb. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər. Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.

Aksiya zamanı 50 nəfər saxlanılıb. Gürcüstan Daxili işlər nazirliyi etirazçılarla yanaşı polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirib.

Xatırladaq ki, narazı kütlə parlamentdə “Xarici təsir agentləri” haqqında qanun layihəsinin müzakirəsinə etiraz edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…