Operativ Məlumat Mərkəzi

Gürcüstan müdafiə naziri: Təyyarə qəzası ilə bağlı istintaq prosedurları davam etdirilir

2 dəq
Paylaş:
Gürcüstan müdafiə naziri: Təyyarə qəzası ilə bağlı istintaq prosedurları davam etdirilir

Qəzaya uğramış təyyarəsinin demək olar bütün böyük hissələri tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Daxili İşlər Nazirliyinin rəhbərliyi altında Müdafiə Qüvvələrinin şəxsi heyəti və texnikasının cəlb olunduğu əməliyyatları ilk dəqiqələrdən Türkiyə tərəfi ilə sıx koordinasiya şəklində həyata keçirilib.

“Türkiyə tərəfi ilə koordinasiyalı fəaliyyət sayəsində axtarış tədbirlərində əhəmiyyətli nəticələrə nail olmaq mümkün olub. İstintaq prosedurları davam etdirilir, Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri hadisə yerindədir. İstintaqın gedişatında əldə olunanlar nəticə çıxarmağa imkan verəcək”, - Çikovani əlavə edib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi təyyarəsi ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax