Operativ Məlumat Mərkəzi

Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib

2 dəq
Paylaş:
Gürcüstan dələduzluqda şübhəli bilinən şəxsi Qazaxıstana ekstradisiya edib

Dələduzluqda şübhəli qazaxıstanlı Gürcüstandan ekstradisiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin şəxs Tbilisidən Aktauya Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qazaxıstanın Gürcüstandakı səfirliyinin köməyi ilə gətirilib.

İndi onu təkrar dələduzluq törətdiyinə görə cinayət məsuliyyətinə cəlb etmək niyyətindədirlər.

"Göstərilən şəxs 2020-ci ildə qabaqcadan əlbir olan şəxslər qrupu ilə subsidiyaların alınmasında köməklik göstərmək bəhanəsi ilə Ulıtau vilayətinin 88 sakininin pul vəsaitlərini keçirib. Onlara ümumilikdə 30 milyon tengədən çox ziyan vurub. İki iştirakçı artıq müxtəlif cəza növlərinə məhkum edilib, şübhəli şəxs isə cinayəti törətdikdən sonra qaçıb gizlənib və buna görə də axtarışa verilib", - Baş Prokurorluqdan bildirilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib. O üç ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilər. Eyni zamanda müsadirəsi cəzası nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax