Operativ Məlumat Mərkəzi

“Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir”

2 dəq
Paylaş:
“Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir”

Fransanın Ermənistana silah Azərbaycana qarşı düşmənçilikdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İcmasının bəyanatında yer alıb.

İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: “Bundan başqa, Fransa müxtəlif təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir”.

Qeyd edilir ki, bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir:

“Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qərbi Azərbaycan

Hamısına bax