Operativ Məlumat Mərkəzi

Fransada 157 nəfər həbs edilib

2 dəq
Paylaş:
Fransada 157 nəfər həbs edilib

Fransada ötən gün iğtişaşlarda iştirak edən 157 nəfər həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin nazirliyindən verilən məlumata görə, etirazçılarla qüvvələri arasında baş verən toqquşmalarda 3 polis əməkdaşı xəsarət alıb.

Həmçinin polis məntəqəsi və jandarm kazarmaları hücuma məruz qalıb.

Gecə ərzində ümumilikdə 352 yanğın törədilib.

Xatırladaq ki, Fransada 17 yaşlı Nael adlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ölkədə etiraz aksiyalarının baş qaldırmasına səbəb olub.

Etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

Qətldən sonra Paris və digər şəhərlərdə 2500-dən çox obyekt, bina və avtomobil yandırılıb, mağazalar qarət olunub.

Ölkədəki vəziyyətlə əlaqədar 10 şəhərdə saatı edilib.

Həmçinin paytaxt Parisin bəzi bölgələrində, xüsusən də, Darnetal kommunasında komendant saatı tətbiq olunub.

İğtişaşların yatırılması üçün 45 min polis səfərbər edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax