Əsas məzmuna keç

İngiltərədə bu səbəbdən polis səlahiyyətləri genişləndiriləcək

İngiltərədə bu səbəbdən polis səlahiyyətləri genişləndiriləcək

bununla bağlı xarici KİV məlumat yayıb. O, son vaxtlar təkrarlanan genişmiqyaslı etiraz aksiyalarının "Yəhudi icması arasında ciddi qorxu yaratdığını"...

İngiltərənin Daxili İşlər naziri Shabana Mahmood Londonda keçirilən “ ” aksiyası zamanı təxminən 500 nəfərin saxlanılmasından sonra səlahiyyətlərinin genişləndiriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, son vaxtlar təkrarlanan genişmiqyaslı etiraz aksiyalarının "Yəhudi icması arasında ciddi qorxu yaratdığını" bildirib.

“Etiraz ölkəmizdə əsas azadlıqlardan biridir, lakin bu azadlıq, başqalarının qorxmadan yaşamaq hüququ ilə tarazlaşdırılmalıdır”, - o qeyd edib.

Yeni tənzimləməyə əsasən, hökumət 1986-cı il tarixli İctimai Asayiş Qanununun 12 və 14-cü maddələrinə dəyişiklik edəcək.

Bundan əlavə, mövcud qanunvericilik yenidən nəzərdən keçiriləcək və lazım gələrsə, bəzi etirazların tamamilə qadağan olunması üçün yeni addımlar atılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…