Operativ Məlumat Mərkəzi

Fransa kəşfiyyatçıları Azərbaycan sərhədində yerləşdirilir - VİDEO

2 dəq
Paylaş:
Fransa kəşfiyyatçıları Azərbaycan sərhədində yerləşdirilir - VİDEO

Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb.

Bu gün daha bir qrup Zəngilanla sərhəddə Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

Maraqlıdır ki, “Report”un əldə kadrlardan görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa dalğalanıb.

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın orqanlarının əməkdaşları olduğu da istisna deyil.

Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.

Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax