Əsas məzmuna keç

Fransa ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır

Fransa ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır

bu barədə “Reuters“ Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.Barro qeyd edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi halı...

ru

Fransa tərəfdaşları ilə birgə ABŞ-ın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə həyata keçirəcəyi hal üçün tədbirlər üzərində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters“ Fransanın naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.

Barro qeyd edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi halı üçün hazırlanacaq plan bu gün Parisdə baş tutacaq Almaniya və Polşa xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Nazirin sözlərinə görə, avropalılar Qrenlandiya məsələsində ehtiyatlı olmalı və ABŞ-dan gələn bəzi səs-küylü bəyanatları şişirtməməlidirlər. Eyni zamanda, Barro vurğulayıb ki, hərbi müdaxilə ABŞ tərəfindən dəstəklənən yanaşma deyil.

“Dünən Marko Rubio ilə apardım. O, təsdiqlədi ki, ABŞ tərəfindən dəstəklənən yanaşma bu deyil. O, Qrenlandiyada Venesuelada baş verənlərin təkrar olunmasını istisna etdi,” – Barro bildirib.

Xatırladaq ki, ABŞ Ağ Evin katibi Qrenlandiyanın ələ keçirilməsi üçün ABŞ Silahlı Qüvvələrinin istifadə olunmasını istisna etməmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…