Operativ Məlumat Mərkəzi

Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb

2 dəq
Paylaş:
Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb

Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, “112” telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 29 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən avtoqəzalar nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfər xilas edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax