Əsas məzmuna keç

"Formula 1"-ə saxta bilet satan şəxs SAXLANILDI - VİDEO

"Formula 1"-ə saxta bilet satan şəxs SAXLANILDI - VİDEO

bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada...

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "Formula 1" üzrə Qran-Prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilovu saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.

E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

DİN "Formula 1" üzrə Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələrini tövsiyə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…