Operativ Məlumat Mərkəzi

FIFA prezidenti: Dünya liderlərinin toplaşdığı COP29-a dəvət almaq şərəfli idi

1 dəq
Paylaş:
FIFA prezidenti: Dünya liderlərinin toplaşdığı COP29-a dəvət almaq şərəfli idi

Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.

O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini İlham Əliyev, bir çox və hökümət nümayəndəsi ilə müzakirə etdiyini bildirib.

"FIFA təşkilat olaraq, və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax