Operativ Məlumat Mərkəzi

FHN Xankəndidə fəaliyyətə başladı - FOTO

1 dəq
Paylaş:
FHN Xankəndidə fəaliyyətə başladı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 avtomobili və 50 heyəti Xankəndidə fəaliyyətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirillib ki, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax