Operativ Məlumat Mərkəzi

FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb

1 dəq
Paylaş:
FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb

Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə baş vermiş yanğında xəsarət olmayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə artırma hissəsinin yanar konstruksiyaları və , fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax