Əsas məzmuna keç

FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb

FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb

Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğında xəsarət alan olmayıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə baş vermiş yanğında xəsarət alan olmayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə artırma hissəsinin yanar konstruksiyaları və , fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…