Operativ Məlumat Mərkəzi

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq - 29.12.2024

1 dəq
Paylaş:
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq - 29.12.2024

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Günü və Yeni il bayramı ilə əlaqədar iş rejimində çalışacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in məlumat yayıb.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax