Əsas məzmuna keç

"Bağırov" körpüsündə tuneldə suçəkmə başa çatıb, yol açılıb - YENİLƏNİB

"Bağırov" körpüsündə tuneldə suçəkmə başa çatıb, yol açılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, rayonu, prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə suçəkmə əməliyyatı başa çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bağırov körpüsündə suyun kənarlaşdırılması işləri fasiləsiz olaraq davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…