Operativ Məlumat Mərkəzi

Fəzail İbrahimli: "Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir"

2 dəq
Paylaş:
Fəzail İbrahimli: "Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir"

“Sərhəddə baş verən böyük dövlətlərin maraqlarının ifadəsidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin marağı, bu maraqlar altındakı məkrli , bu niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: “Sərhəddə baş verən hadisələri görürsünüz. Bu proseslər dini, irqi, milli xarakter daşımır və böyük dövlətlərin maraqlarının ifadəsidir”.

Milli Məclisin vitse-spikeri qeyd edib ki, bu gün Azərbaycan xalqı qürurla yaşayır: “Vətən müharibəsindəki tarixi qələbəmizə qədər cəmiyyətin qarşısında kişilər həmişə üzü qara idi. Himnimizi oxuyurduq ki, can verməyə, qan tökməyə hazırıq. Ancaq şəhidlərimizin ruhu pıçıldayırdı ki, nə vaxt? Bu gün xoşbəxtik ki, millətimizin millətlər, dövlətimizin dövlətlər qarşısında üzü ağdır. Hamımız əl-ələ verib ölkəmizin yeni uğurlar qazanmasına köməklik etməliyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax