Operativ Məlumat Mərkəzi

Fələstinlilərə məxsus torpağa əl qoymaq qərarı verdilər

2 dəq
Paylaş:
Fələstinlilərə məxsus torpağa əl qoymaq qərarı verdilər

İsrail rəhbərliyi altındakı İordan çayının qərb sahilində Kalkilya bölgəsində fələstinlilərə 7 torpağa əl qoymaq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail rəsmiləri Kalkilya şəhərinin şərqində yerləşən Cinsafut kəndindəki 7 dönümlük əraziyə əl qoyacaqlarını rəsmi şəkildə bildirib.

Qeyd olunub ki, İsrail bölgədəki iki qeyri-qanuni yaşayış məntəqəsi üçün hərbi yol salmaq planı çərçivəsində bu əraziləri ələ keçirməyə qərar verib.

Komissiyanın ilin ilk yarısına dair hesabatında isə vurğulanır ki, işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu və fələstin torpaqlarını qəsb edən israillilər tərəfindən fələstinlilərə və onların mülklərinə qarşı 11 min 280 hücum həyata keçirilib.

Hesabatda bildirilir ki, Təl-Əviv rəhbərliyi bu müddət ərzində çıxardığı 36 fərmanla fələstinlilərə məxsus 800 dönümdən çox torpağa əl qoyub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax