Operativ Məlumat Mərkəzi

Fələstin və Yunanıstan XİN başçıları görüşüb

2 dəq
Paylaş:
Fələstin və Yunanıstan XİN başçıları görüşüb

"İsrailin davam edən blokadası və hücumları səbəbindən Qəzza zolağı dünyanın ən böyük hava həbsxanasından özünün ən böyük açıq qəbiristanlığına çevrilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin naziri Riyad əl- yunanıstanlı həmkarı Giorgos İerapetritis ilə görüşü zamanı qeyd edib.

Görüşdə Fələstin problemi ilə bağlı cari məsələlər, xüsusilə Qəzzaya humanitar yardımın çatdırılmasının əhəmiyyəti müzakirə edilib.

Maliki yunan həmkarına İsrailin Fələstin xalqına, xüsusilə də Qəzza zolağına qarşı hücumlar barədə məlumat verib.

İsrailin uşaq, qadın və qocaları geniş miqyasda və sistemli şəkildə qətlə yetirdiyini vurğulayan Maliki, Qəzzanın hər tərəfini hədəf alan böyük dağıntı ilə Fələstin xalqının aclığa, məcburi köçə və soyqırıma məruz qaldığına diqqət çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax