Operativ Məlumat Mərkəzi

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində ilk səhra hospitalını açıb

1 dəq
Paylaş:
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində ilk səhra hospitalını açıb

Fələstin Aypara Cəmiyyəti (PRCS) Qəzza şəhərində ilk səhra hospitalını açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə təşkilatın hesabında bildirilib.

“Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qəzza şəhərinin əl-Saraya rayonunda yeni səhra hospitalında bütün hazırlıq işlərini başa çatdırıblar. Bu şəhərdə , inkubasiya və rentgenoloji şöbələr də daxil olmaqla bir neçə tibb şöbəsinin, həmçinin reanimasiya, təcili yardım və qəbul şöbəsinin fəaliyyət göstərəcəyi ilk tibb müəssisəsi olub”, – PRCS-in məlumatında qeyd olunub.

Təşkilat həmçinin bildirib ki, yeni hospital Qəzza sakinləri ilə yanaşı, anklavın şimalında yerləşən “əl-Qüds” xəstəxanasının xəstələrini və personalını da qəbul edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax