Operativ Məlumat Mərkəzi

Fazil Mustafa hadisədən danışdı

2 dəq
Paylaş:
Fazil Mustafa hadisədən danışdı

Martın 28-i yaşadığı evin qarşısında -qəsdə uğrayan Milli Məclisin deputatı Mustafa hadisə barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, millət vəkili bu barədə "haqqin.az" saytına açıqlama verib.

"Maşınla gəldim. Pultun düyməsini basdım və maşınımı qaraja daxil etmək istədim və birdən maşının ön şüşəsinin qırıldığını gördüm. Nə baş verdiyini başa düşmədim. Çiynimdə dəhşətli ağrı hiss etdim. Və yalnız ağrıdan sonra bunun atəş olduğunu başa düşdüm, atəş səslərini eşitdim. Qapını açıb maşından düşdüm. Darvazaya doğru bir neçə addım atmalı oldum ki, ikinci dəydi. Ayağımdan yaralandım. Evə getdim və dedim ki, tez qapını bağlayın. Evdəkilər atışma səsinə həyətə çıxdı. Qapını bağladıq. Təcili yardımı və polisi çağırdılar. Çox qan itirmişdim, sonrasını xatırlamıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax