Operativ Məlumat Mərkəzi

Fabian Ruiz PSJ ilə müqaviləsini uzada bilər

1 dəq
Paylaş:
Fabian Ruiz PSJ ilə müqaviləsini uzada bilər

PSJ-nin yarımmüdafiəçisi klubla yeni müqavilə imzalamağa yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İspan futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Lakin klubunun rəhbərliyi 29 oyunçudan razıdır və onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək istəyir.

PSJ Ruizə 2029-cu ilə qədər yeni müqavilə təklif etməyə hazırdır.

Futbolçu ilə “Yuventus”, “Atletiko Madrid” və “Betis”in maraqlandığı bildirilir. Bununla belə, Ruiz Parisdə xoşbəxt olduğunu və karyerasını burada davam etdirmək istədiyini açıqlayıb.

Bu mövsüm Luis Enrikenin rəhbərliyi altında 7 matçda meydana çıxan Ruiz 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax