Operativ Məlumat Mərkəzi

Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub

2 dəq
Paylaş:
Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub
gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil...

Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə müəssisələrinə və 11 bazadan kolleclərə qəbul imtahanı keçiriləcək.

Həmin tarixdə eyni zamanda ali təhsil müəssisələrinin müsabiqəsində imtahanında xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq.

Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da baş tutacaq.

Xatırladaq ki, DİM digər imtahanların qrafikini 2024-cü ilin yanvar ayı ərzində paylaşacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax