Əsas məzmuna keç

Buraxılış imtahanında dörd şagird maksimum nəticə göstərib

Buraxılış imtahanında dörd şagird maksimum nəticə göstərib

Aprelin 26-da keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında dörd nəfər 300 bal toplayaraq ən yüksək göstəriciyə imza atıb.

en ru

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, aprelin 26-da ümumi (9 illik) orta səviyyəsi üzrə təşkil olunan buraxılış imtahanında dörd şagird 300 bal toplayıb. İmtahanda iştirakı nəzərdə tutulan 55 282 nəfərdən 398-i imtahanda iştirak etməyib, iki nəfər isə qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb.

İmtahan nəticələri ilə bağlı yarana biləcək müraciətlərə baxılması məqsədilə DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Müraciət etmək istəyən şəxslər aşağıdakı qaydalara riayət etməlidirlər:

  • Qeydiyyat iyunun 1-i saat 10:00-dan iyunun 3-ü saat 17:00-dək aparılacaq.
  • Müraciət üçün DİM-in rəsmi saytında yerləşdiriləcək elektron ərizə doldurulmalıdır.
  • Göstərilən müddətdən sonra edilən müraciətlərə baxılmayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…