Operativ Məlumat Mərkəzi

Estoniya XİN: Baltikyanı ölkələr ABŞ-nin hərbi dəstəyinin sona çatmasından narahatdır

2 dəq
Paylaş:
Estoniya XİN: Baltikyanı ölkələr ABŞ-nin hərbi dəstəyinin sona çatmasından narahatdır

ABŞ-nin Baltikyanı ölkələrə dayandırmaq qərarından narahatlığını ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, naziri Marqus Tsahkna "Bloomberg"ə müsahibəsində bildirib ki, Vaşinqtonun dəstəyi təkcə regionun təhlükəsizliyi üçün deyil, həm də ABŞ-nin iqtisadi maraqları baxımından əhəmiyyətlidir:

“Əlbəttə, biz narahatıq. Lakin biz ABŞ Konqresi ilə işləyirik və izah edirik ki, Baltikyanı ölkələrin müdafiəsinə yatırılan hər dollar Amerika iqtisadiyyatına qayıdır. Hər 1 dollara qarşı biz öz tərəfimizdən 12 dollar ödəyirik”.

Nazir qeyd edib ki, bu yardım “ABŞ üçün yaxşı anlaşmadır”.

Xatırladaq ki, sentyabrın 11-də Latviya, Litva və Estoniya parlamentlərinin üzvləri ABŞ Konqresinə müraciət edərək, Baltikyanı regiona dəstəyin dayandırılması qərarına yenidən baxmağı xahiş ediblər.

Bundan əvvəl "Financial Times" yazmışdı ki, Pentaqon Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlim və təchizat proqramlarını maliyyələşdirməyi dayandıracaq.

"The Washington Post" isə qeyd etmişdi ki, bu qərardan xüsusilə 2018-ci ildən tətbiq olunan Baltik Təşəbbüsü təsirlənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax