Operativ Məlumat Mərkəzi

Ermənistanın ekoaksiya ilə bağlı vəsatəti ləğv edilib

2 dəq
Paylaş:
Ermənistanın ekoaksiya ilə bağlı vəsatəti ləğv edilib

əsas 3 məsələyə baxılması üçün Ədalət Məhkəməsinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına dair keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı olub.

“İddia ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - nazir müavini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax