Operativ Məlumat Mərkəzi

Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib

1 dəq
Paylaş:
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib

Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasından olan Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya iclasında mübahisə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-ləri məlumat yayıb.

Davanın səbəbi Sarkisyanın qanunsuz meşə qırımları ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti gərginləşdirməkdə ittiham edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman baş nazir iclası edib.

Səhiyyə naziri Anahit Avanesyan davaya müdaxilə edərək iştirakçıları sakitləşdirməyə çalışıb, lakin KİV-lərin yazdığına görə, gərginlik artmaqda davam edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax