Əsas məzmuna keç

Ermənistana əsir düşən azərbaycanlı əsgər 20 il müddətinə həbs edilib

Ermənistana əsir düşən azərbaycanlı əsgər 20 il müddətinə həbs edilib

Ermənistanda saxlanılan azərbaycanlı Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı mətbuatı yayıb.

Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.

Xatıradaq ki, Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…