Operativ Məlumat Mərkəzi

Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

2 dəq
Paylaş:
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

, və Kipr arasında müdafiə məsələlərinə dair keçirilən məsləhətləşmələrin yekunu üzrə üçtərəfli proqramı imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli , daha sonra isə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi iştirak edib.

Məsləhətləşmələr zamanı 2024-cü il ərzində müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib.

"Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb. Bu proqramlar silahlı qüvvələrin müxtəlif fəaliyyət sahələrində onlarla tədbiri əhatə edir", - məlumatda qeyd olunub.

Tərəflər müdafiə sahəsində məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsinin vacibliyini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax