Operativ Məlumat Mərkəzi

"Ermənistan azərbaycanlılara qarşı etnik nifrəti təşfiq edən şəxsləri cəzalandırmır"

2 dəq
Paylaş:
"Ermənistan azərbaycanlılara qarşı etnik nifrəti təşfiq edən şəxsləri cəzalandırmır"

"Bildiyimiz kimi, bir sıra platformalarda, məhkəmələrdə Ermənistana qarşı dövlətlərarası iddialar qaldırıb. Həmin iddialardan biri 2021-ci ilin sentyabr ayında Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı 1961-ci il İrqi ayrı-seçkiliyin büütün formalarının ləğv edilməsi haqqında Konvensiya əsasında hazırlanıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan nazirinin müavini Elnur Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, həmin ilin sentyabrında Azərbaycan tərəfindən məhkəmə iddiası qaldırılan zaman, həmçinin müvəqqəti tədbirlərə, yəni, iddianın təmin edilməsinə dair məhkəməyə müraciət edilib. 2021-ci ilin oktyabrında məhkəmə tərəfindən həmin müraciətə və vəsatətə baxılıb, həmin ilin dekabrında Ermənistana qarşı həmin vəsatətlərdən biri - azərbaycanlılara qarşı Ermənistanda etnik təşviq edən şəxslərin saxlanılması və qruplaşmaların, təşkilatların fəaliyyətinin dayandırılması, bunun qarşısının alınması haqqında vəsatət təmin edilib. Lakin tərəfi bu günədək həmin qərarı yerinə yetirməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax