Operativ Məlumat Mərkəzi

Ərdoğan: “Yaşıl enerji”yə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”

2 dəq
Paylaş:
Ərdoğan: “Yaşıl enerji”yə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”

Maneələrə və qarayaxma kampaniyalarına baxmayaraq, inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdiyi “ ” texnologiyalarının tətbiqi ilə bağlı 60 illik arzusunu həyata keçirə bilib. Buna misal olaraq “Akkuyu” atom stansiyasına (AES) nüvə yanacağının çatdırılmasını göstərmək olar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib özünün tviter səhifəsində ölkə gənclərinə müraciətində bildirib.

O vurğulayıb ki, hələ 1956-cı ildə Türkiyə nüvə enerjisinə keçidi planlaşdırırmış: “Lakin inkişaf istiqamətində atılan digər addımları kimi, bu da 27 may çevrilişinə görə uğursuzluğa düçar olub.1970-ci illərin sonunda bir Avropa ölkəsi ilə AES-in birgə tikintisi layihəsi təəssüf ki, 100 milyon ABŞ dolları tapılmadığından reallaşmayıb. 2010-cu ildə bununla bağlı müqavilə imzalamaqla bu uğursuzluğu aradan qaldırdıq”.

Türkiyə lideri qeyd edib ki, “Akkuyu” AES tam gücü ilə işə düşdükdən sonra ildə 35 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək və ölkənin elektrik enerjisi istehlakının 10 %-ni təmin edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax