Əsas məzmuna keç

Ərdoğan: “Yaşıl enerji”yə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”

Ərdoğan: “Yaşıl enerji”yə keçidlə bağlı 60 illik arzumuzu həyata keçirdik”

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Maneələrə və qarayaxma kampaniyalarına baxmayaraq, inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdiyi “yaşıl ” texnologiyalarının tətbiqi ilə bağlı 60 illik arzusunu həyata keçirə bilib. Buna misal olaraq “Akkuyu” atom stansiyasına (AES) nüvə yanacağının çatdırılmasını göstərmək olar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib özünün tviter səhifəsində ölkə gənclərinə müraciətində bildirib.

O vurğulayıb ki, hələ 1956-cı ildə Türkiyə nüvə enerjisinə keçidi planlaşdırırmış: “Lakin inkişaf istiqamətində atılan digər addımları kimi, bu da 27 may çevrilişinə görə uğursuzluğa düçar olub.1970-ci illərin sonunda bir Avropa ölkəsi ilə AES-in birgə tikintisi layihəsi təəssüf ki, 100 milyon dolları tapılmadığından reallaşmayıb. 2010-cu ildə bununla bağlı müqavilə imzalamaqla bu uğursuzluğu aradan qaldırdıq”.

Türkiyə lideri qeyd edib ki, “Akkuyu” AES tam gücü ilə işə düşdükdən sonra ildə 35 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək və ölkənin elektrik enerjisi istehlakının 10 %-ni təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…