Operativ Məlumat Mərkəzi

Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

1 dəq
Paylaş:
Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Prezidenti Rəcəb Tayyib iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Qafqazdakı vəziyyəti müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən konfransında deyib.

"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.

Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 13 müqavilə imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax