Operativ Məlumat Mərkəzi

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

1 dəq
Paylaş:
Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

Prezidenti Rəcəb Tayyib keçmiş PKK təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan "X"də etdiyi paylaşımında "Terrorsuz Türkiyə" adı ilə qarşıya qoyulan hədəfə gedən yolda atılan bugünkü mühüm addımın xeyirlərə vəsilə olmasını diləyib.

"Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə bizlərə nəsib eləsin", - Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax