Operativ Məlumat Mərkəzi

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

2 dəq
Paylaş:
Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin qəzası keçirməsi bizi çox kədərləndirdi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib “X”dəki hesabında yazıb.

“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından keçmiş olsun deyir və ən qısa zamanda cənab və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax