Operativ Məlumat Mərkəzi

Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

1 dəq
Paylaş:
Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

Rəcəb Tayyib Ərdoğan G20 Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.

Bu il 19-cu dəfə 18-19 noyabr tarixlərində keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.

Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, mövzuları müzakirə olunacaq.

Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək.

Ərdoğanın görüşlərdə İsrailin Qəzzada davam edən hücumlara diqqət çəkəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax