Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev: Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq

2 dəq
Paylaş:
Emin Əmrullayev: Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq

" Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xankəndidə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri deyib.

O bildirib ki, Qarabağ Universiteti yalnız dövlətin və ya ayrı-ayrı qurumların təşəbbüsü ilə fəaliyyət göstərməməlidir.

“Əsas məqsədimiz odur ki, təhsil sahəsində yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə inkişaf mümkün olsun. Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq. Bu müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi üçün işləmək əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır. Universitetin bazarına və iş dünyasına nə dərəcədə inteqrasiya olunması da diqqət mərkəzində saxlanılmalı məsələlərdəndir. Bu istiqamətdə öyrənməli və etməli olduğumuz çox məsələlər var”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax