Operativ Məlumat Mərkəzi

Əməkdar rəssam vəfat etdi - FOTO

2 dəq
Paylaş:
Əməkdar rəssam vəfat etdi - FOTO

İsa 68 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.

Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.

Rəssamın Türkiyədə (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya) fərdi sərgisi kecirilib.

İ.Məmmədov “Göl kənarında” (1993), “ bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.

Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.

İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax