Əsas məzmuna keç

UNESCO-nun Dünya İrsi Siyahısına 3 yeni əlavə

UNESCO-nun Dünya İrsi Siyahısına 3 yeni əlavə

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Fransanın paytaxtı Parisdə keçirilən Ümumdünya İrs Komitəsinin 47-ci Genişləndirilmiş...

Malavidəki Mulanqe , Kamerundakı Diy-Gid-Biy mədəni landşaftı və Qvineya-Bisau sahillərində yerləşən Bijagos adalar qrupu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Fransanın paytaxtı Parisdə keçirilən Ümumdünya İrs Komitəsinin 47-ci Genişləndirilmiş Sessiyasında, Afrikadan 3 yeni ərazi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib, həmçinin 3 ərazi "Təhlükə altındakı Dünya İrsi" siyahısından çıxarılıb.

Buna əsasən, yerli əhali tərəfindən tanrıların və müqəddəs ruhların yaşadığı məkan kimi qəbul edilən, eyni zamanda endemik bitki növləri və yürüş marşrutları ilə təbiət həvəskarlarının sevimli məkanı olan Malavinin cənubundakı Mulanje Dağı, həmçinin Kamerunun Uzaq Şimal bölgəsində yerləşən və təxminən XII–XVII əsrlər arasında formalaşdığı hesab edilən, arxeoloji və kənd təsərrüfatı sahələri ilə ibadət məkanlarını özündə birləşdirən Mandara Dağlarındakı Diy-Gid-Biy mədəni landşaftı da Dünya İrsi Siyahısına daxil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…