Operativ Məlumat Mərkəzi

Əli İnsanovun məhkumluğu götürülüb

2 dəq
Paylaş:
Əli İnsanovun məhkumluğu götürülüb

Sabiq səhiyyə naziri, Haqq Partiyasının (HƏP) sədri İnsanovun məhkumluğunun götürülməsi ilə bağlı müraciəti üzrə məhkəməsi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun müraciəti təmin edilərək məhkumluğu üzərindən götürülüb.

Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb. 2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax