Operativ Məlumat Mərkəzi

Əli Əsədov: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaqla etimadın bərpasına töhfə verib

2 dəq
Paylaş:
Əli Əsədov: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaqla etimadın bərpasına töhfə verib

Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırmaqla regionda əməkdaşlıq və etimadın bərpasına töhfə verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.

Baş nazir deyib ki, Azərbaycanla arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir: “Bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək. Yeri gəlmişkən Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir. Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax