Operativ Məlumat Mərkəzi

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib

4 dəq
Paylaş:
Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, komandir hazırlığı məşğələsində əsas diqqət zabitlərin hərb sənəti və bölmələrin idarə edilməsi üzrə bilik, bacarıq və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə və döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərarların qəbul edilməsinə yönəldilib.

Toplantının ilk günündə silahsız sıra fəndləri və hərəkətlərinin yerinə yetirilməsi praktiki olaraq nümayiş olunub.

Toplantı zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində , Mühəndis, Topoqrafiya və Kimya hazırlıqlarından nəzəri dərslər keçirilib.

Komandir heyəti gecə şəraitində motoatıcı və tank bölmələrində atış və sürücülük çalışmalarının yerinə yetirilməsi üzrə göstərici dərslərdə iştirak edib.

Toplantının üçüncü günündə keçirilən nəzəri dərslərdə “ Respublikası Cinayət Qanununun vəzifə və prinsipləri”, “Motoatıcı və tank bölmələri hücum döyüşünü aparan zaman hava hücumundan müdafiənin təşkili”, “Taktiki və -taktiki raket kompleksləri və onların döyüş tətbiqinin xüsusiyyətləri”, “Ştatda olan ultraqısa dalğalı radiostansiyaların işə hazırlanması”, “İlk tibbi yardım və təxliyyə qaydaları” və digər mövzulardan mühazirələr oxunub və bu mövzular üzrə 44 günlük Vətən müharibəsində qazanılan təcrübələr komandir heyətinə çatdırılıb.

Komandir hazırlığı məşğələlərinə cəlb zabitlərdən rəhbəredici sənədlərdən və fiziki hazırlıqdan məqbullar qəbul edilib.

Məşğələlərə cəlb edilmiş zabitlərlə 3 günlük məşğələnin təhlili aparılan zaman döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silah və döyüş texnikalarının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasına müsbət təsir göstərdiyi xüsusi qeyd edilib. Toplantıya cəlb edilmiş zabitlərə hərbi biliklərini eləcə də fiziki hazırlıqlarını daim artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verilib.

Məşğələlərin yekununda Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev çıxış edərək bildirib ki, məşğələlər zamanı zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax