Operativ Məlumat Mərkəzi

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 06.04.2023

1 dəq
Paylaş:
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb - 06.04.2023

Baş Prokurorluğun Cinayət təqibindən icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax