Operativ Məlumat Mərkəzi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

2 dəq
Paylaş:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Ekologiya və Təbii Nazirliyi isti ilə bağlı əhaliyə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur:

"Əksər rayonlarda hava yağmursuz olsa da, lakin bəzi ərazilərdə - Dağlıq Şirvan, və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlənin ölkə ərazisində təsiri nəticəsində havanın maksimal temperaturu həftəsonunadək Bakı və yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir".

O söyləyib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər: "Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax