Əsas məzmuna keç

Prokurorluq Eldar Sultanov haqqında məlumat yayıb - YENİLƏNİB

Prokurorluq  Eldar Sultanov haqqında məlumat yayıb - YENİLƏNİB

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş...

orqanlarında qulluq keçmə haqqında” Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən bildirilib.

Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.

Qeyd edək ki, Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsində çalışıb.

12:09***

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…