Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 31.01.2024

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 31.01.2024

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsi (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, bir neçə gün davam edən qeyri-sabit nisbətən sabitləşsə də, dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı hələ də qalmaqdadır:

"Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür".

"Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki- baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir", - müraciətdə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax