Operativ Məlumat Mərkəzi

DYP hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

2 dəq
Paylaş:
DYP hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

Qeyri-sabit ilə əlaqədar moped sürücülərinə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli vasitələrinin ​ idarə edilməsində ciddi cətinliklər yaradır:

"Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində​ müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, qaydalarına ciddi yanaşmağı xahiş edir", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax